Azərbaycan Həkimlər Assosiasiyası və “Qafqazda sülh və əminamanlıq naminə həkimlər hərəkatı” Beynəlxalq Atom Enerjisi Agentliyinə, Ümumdünya Səhiyyə Təşkilatına, Dünya Tibb Assosiasiyasına, aidiyyatı üzrə bütün beynəlxalq təşkilatlara, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və Azərbaycanın tibb ictimayəninə bəyanat ünvanlayıb.
Modern.az saytının məlumatına görə, bəyanatda Ermənistanın «Metsamor» Atom Elektrik Stansiyasının və bunun kimi təhlükəli olan diqər stansiyaların dövlətlərinə kompensassiya ödəməklə onların təcili qaydada bağlanılmasına çağırış qeyd olunub.
Bəyatatda qeyd edilib ki, Yaponiyada baş vermiş təbii fəlakət qarşısında dünyanın ən inkişaf etmiş texnologiyalara malik olan ölkəsinin aciz qaldığından bəşəriyyət özünə hələlik gərəkli nəticə cıxara bilməyib. “Təbii fəlakətlər yalnız ULU TANRIDAN aslı olduğu halda, onun törətdiyi fəsadlarının qarşısının alınması və nəticələrinin azaldılmasına insanların qabaqlayıcı tədbirlərindən asılıdır”.
Bəyanatda Ermənistandakı «Metsamor» Atom Elektrik Stansiyasının təhlükəsindən də bəhs olunub. “Ermənistan paytaxtı Yerevandan 40, Türkiyənin İğdır şəhərindən 16 kilometr kənarda, fəal zəlzələ zonasında sovet dövründən (1967) qalma bir «Metsamor» atom elektrik stansiyası işləyir. Stansiyanın çevrəsində 5 tektonik çat var. «Metsamor» stansiyasınında dəfələrlə baş vermiş yanğın və digər qəzalı vəziyyətlər, dizaynı, istifadə müddətinin 2015-ci ildə bitməsi onun zəlzələyə davamlı olmasına ciddi şübhə yaratdır. Məhz bu səbəblərdən 1988-ci ildə Ermənistanda 7 bal gücündə baş vermiş zəlzələdən sonra «Metsamor» AES rəsmən bağlanmışdı. Təəssüflər ki, beynəlxalq narazılıqlar nəzərə alınmadan 1995-ci ildə Ermənistan hökuməti stansiyanın işini bərpa etmişdir. Beləliklə də Ermənistanın «Metsamor» AES-ı Qafqazda yaşayan ölkələr və xüsusilədə Türkiyənin boyük reionu ücün ciddi təhlükə mənbəyi olaraq qalır.
Yaponiyanın «Fukushima» stansiyasının insanların səhhətinə hazırda və gələcəkdə vurduğu ziyanın və onun genişlənməsinin qarşısının alınması üçün xərclənməli olan vəsaitlərin məbləğini proqnozlaşdırmaq qeyri-mümkündür. Yeni təhlükəsiz enerji mənbələrinin yaradılması üçün tələb olunan vəsaitlərin qat-qat az olacağı heç kəsdə şübhə doğurmur. Yuxarıda qeyd olunanların Qafqazda yaşayan millətlər üçün real təhlükəsini nəzərə alaraq və “Qafqazda sülh və əminamanlıq naminə həkimlər hərəkatının” məram-məqsədlərinə uyğun olaraq Sizlərdən xahiş edirik:
Ermənistanın «Metsamor» Atom Elektrik Stansiyasının və bunun kimi təhlükəli olan diqər stansiyaların dövlətlərinə kompensassiya ödəməklə təcili qaydada bağlanılması və daha da ehtibarlı enerji mənbələrinin yaradılmasının təmin edilməsi barədə səsinizi ucaldasınız”-deyə bəyanatda vurğulanıb.
Modern.az