Modern.az

Bakıda aylıq 8 min manata kirayə mənzil var – Video  

Bakıda aylıq 8 min manata kirayə mənzil var – Video   

20 Yanvar 2017, 22:39

Bakıda aylıq kirayəsi hətta 8 min manata olan bina evləri var. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, belə evlər ağlasığmaz dizaynlar və texnoloji avadanlıqlarla təchiz edilib. Əsasən şəhərin mərkəzi hissələrindəki hündürmərtəbəli binalarda olan bu evlərin kirayəsinə son dövrlər maraq azalıb.

 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, əvvəllər aşağı mərtəblərdə olan evlərə tələb çox idisə son illər bahalı mənzillər yeni binaların əsasən yuxarı mərtəbələrində olur. Kirayə vermək məqsədi ilə təmir edilən belə mənzillərdə ən son texnalogiyalardan istifadə edilir.

 

Ekpertin sözlərinə görə bahalı mənzil kirayələri əsasən xarici iş adamları və yaxud səfirlik nümayəndələri üçündür. 2014-cü illə müqayisədə bahalı kirayə evlərə tələb azalıb ki, bunun da mövcud iqtisadi vəziyyətlə əlaqədar olduğu güman edilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı