Modern.az

Goranboyda avtomobil aşdı, xəsarət alanlar var

Goranboyda avtomobil aşdı, xəsarət alanlar var

Aktual

22 Yanvar 2017, 16:14

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

 

Rayonun Zeyvə kənd sakini 1973-cü il təvəllüdlü Ruslan Qədimov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və maşında olan sərnişin, 1962-ci il təvəllüdlü Asif Əskərov müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil