
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov martın 26-da Xaçmaz rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirib.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə,
Xaçmaz rayon polis şöbəsində keçiriləcək qəbul saat 11.00-da başlayıb. Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşlar iştirak edə biliblər.
Nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 14 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib.
General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.
Qeyd edək ki, nazir belə bir qəbulu martın 15-də Şirvanda bir sıra rayonların sakinləri üçün də keçirmişdi.
Modern.az