Modern.az

İtaliyada qar uçqunu nəticəsində ölənlərin sayı 12-yə çatıb

 İtaliyada qar uçqunu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Aktual

24 Yanvar 2017, 12:31

İtaliyanın Abrutso vilayətində baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Trend-in məlumatına görə, axtarışlar nəticəsində ötən gecə daha 3 nəfərin meyiti qar uçqunu altında qalan hotelin dağıntıları altından çıxarılıb.

Hazırda 17 nəfər itkin düşmüş hesab edilir.

Hadisədən sonra 9 nəfər xilas edilib.

Qeyd edək ki, yanvarın 19-da Abrutso vilayətində qar uçqunu baş vermiş, Alp dağları ərazisində yerləşən "Riqapiano" hoteli qar uçqunu altında qalmışdı.

İlkin məlumata əsasən, uçqunun baş verməsinə yeraltı təkanlar səbəb olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU