Rusiya, Türkiyə və İran arasında razılıq əldə olunub. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, hər üç ölkə fevralda Astanada fəaliyyətə başlayacaq birgə əməliyyat qrupunun yaradılmasına razılaşıb.
Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin sözlərinə görə, bu qrupun vəzifəsi atəşkəs rejiminə əməl olunmasına nəzarət və hər-hansı pozuntuya yol verilməməsi kimi məsələləri əhatə edəcək: “Zərurət yarandıqda, əməliyyat qrupunun işinə həm Suriya Silahlı Qüvvələrinin, həm də silahlı müxalifətin nümayəndələri cəlb olunacaqlar. Düşünürəm ki, bu atəşkəs rejiminin möhkəmləndirilməsinə yardım edəcək”.
Modern.az