Modern.az

Əfqanıstanda 36 İŞİD yaraqlısı məhv edilib

Əfqanıstanda 36 İŞİD yaraqlısı məhv edilib

Dünya

25 Yanvar 2017, 22:04

Son 24 saat ərzində Əfqanıstandakı döyüşlər zamanı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının ümumilikdə 36 üzvü öldürülüb.  Modern.az xarici mediaya istinadən bildirir ki, Əfqanıstanın Müdafiə Nazirliyinin açıqlamasına görə, hökumət qüvvələri Zabul əyalətinin Xaki-Əfqan və Şamalzay rayonlarında İŞİD mövqelərinə qarşı reyd keçirib.

 

Bu zaman 36 İŞİD yaraqlısı məhv edilib, 20-dən çoxu yaralanıb.

 

Yerli mənbələrin məlumatına görə, son bir neçə ayda yüzlərlə İŞİD yaraqlısı öz ailələri ilə Dex Çopan rayonuna və Zabul əyalətinin digər hissələrinə gəlib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB