Modern.az

Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb

Aktual

25 Yanvar 2017, 23:56

Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Səfərov Rəşid Hüseyin oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU