Modern.az

Ermənilər Tənzilə Rüstəmxanlını Dağlıq Qarabağa dəvət edib

Ermənilər Tənzilə Rüstəmxanlını Dağlıq Qarabağa dəvət edib

28 Mart 2011, 13:33

Tənzilə Rüstəmxanlı: “Konfransda iştirakla bağlı hələki qəti qərarım yoxdur”

May ayının 5-də Dağlıq Qarabağda “Qadınlar sülh naminə” proqramı çərçivəsində beynəlxalq konfrans keçiriləcək. Azərbaycandan bu tədbirə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı dəvət edilib.

Modern.az-a açıqlamasında Tənzilə Rüstəmxanlı bu konfransa dəvət aldığını tədiqləyib.

Onun sözlərinə görə, konfransda iştirak etməklə bağlı hələki qəti qərar verməyib: “Bu konfransla bağlı mənə təklif olub. Mən cavab verməmişəm. Amma Qarabağda keçiriləcək konfransda iştirakla bağlı hələki qəti qərarım yoxdur. Baxacağam, əgər Qarabağa İrəvandan getmək təklif olunsa, mən ora getməyəcəm. Əgər Qarabağ Azərbaycanın ərazisidirsə, Azərbaycanın torpağıdırsa mən ora niyə İrəvandan getməliyəm”

T.Rüstəmxanlı bildirib ki, erməni tərəfi haqsız olduğu halda mövqelərindən geri çəkilmədiyi üçün onlarla əməkdaşlıq etməyə ehtiyac qalmır.

“Bizim Brüsseldə və bundan başqa fevral ayın 4-də Cenevrədə Qırmızı Xaç Cəmiyyəti sədrinin dəvəti ilə mərkəzi ofisdə Qarabağda əsir götürülən, itgin düşənlərlə bağlı konfransımız oldu. Biz Azərbaycan tərəfi olaraq ora ciddi materiallar aparmışdıq. Hamısını onlara təhvil vedik. Orda da qərara alındı ki, növbəti konfrans İrəvanda olmalıdır. Mən də İrəvanda iştirak etməkdən imtina etdim. Çünki, erməni tərəfi haqsız olduğu halda mövqelərindən geri çəkilmir. Mən buna görə, İrəvanda keçiriləcək konfransda iştirak etməkdən imtina etdim. Bütün bunlara baxmayaraq, düşünürəm ki, onlarla əməkdaşlıq etməyə ehtiyac qalmır”-deyə T.Rüstəmxanlı qeyd edib.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal