“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların xarici siyasətində dəyişikliklər etmək niyyətindədir. Hələ keçid hökumətinin formalaşmasının başlanğıc mərhələsindəyik”. Modern.az saytı xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Donald Trampın Azərbaycanla bağlı siyasətində hansı dəyişikliklərin edəcəyi ilə bağlı suala cavab verərkən bildirib.
"ABŞ-ın xarici siyasəti, eləcə də Azərbaycanla bağlı siyasətindəki dəyişiklikdən danışmaq hələ tezdir. Proqnoz vermək tezdir. Lakin siz onun ilkin bəyanatlarından da eşitmisiniz ki, Birləşmiş Ştatların siyasətində dəyişikliklər etmək niyyətindədir", - deyə diplomat qeyd edib.
Modern.az