Modern.az

“Yaşayan tarix” - II Dünya müharibəsinin veteranları haqqında filmlər çəkilir

“Yaşayan tarix” - II Dünya müharibəsinin veteranları haqqında filmlər çəkilir

28 Mart 2011, 15:36

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 mart 2011-ci il tarixdə “Yaşayan tarix” adlı layihəyə start verilib. Layihə çərçivəsində II Dünya müharibəsinin veteranlarının hər biri haqqında ayrı-ayrılıqda qısametrajlı sənədli filmlər çəkilir.
Təşkilatdan verilən məlumata görə, videoçarxların çəkilməsində məqsəd, II Dünya müharibəsində azərbaycanlı döyüşçülərin  faşızm üzərində qələbənin əldə olunmasında göstərdikləri qəhrəmanlıqları haqda xatirələrini onların öz dilərindən lentə almaq və bu filmlərdən gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyəsi sahəsində əyani vəsait kimi istifadə etməkdir.

Qeyd edək ki, artıq 11 rayonda filmin çəkilişləri yekunlaşdırılıb. Bugünkü tarix üçün çəkiliş qrupları paytaxt rayonlarından - Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Səbail, Suraxanı, Xətai rayonlarında və mərkəzləri Bakıda yerləşən  işğal olunmuş Qubadlı, Laçın rayonunda və Şuşa şəhərində olan, umumilikdə 200-ə  yaxın veteran haqda videoçarxların çəkilişini başa çatdırıb.

Qeyd edək ki, “Yaşayan tarix” layihəsi çərçivəsində 30 mart 2011-ci il tarixindən çəkiliş qrupları respublikamızın rayonlarına ezam olunacaq və rayonlarda yaşayan veteranlarla bağlı  çəkilişlərə başlanacaq.

Çəkilişlər Naxçıvan Muxtar Respublikası daxil olmaqla respublikamızın əksər  rayon və şəhərlərində aparılacaq.

Peşəkar çəkiliş qrupu ilə yanaşı, ali və orta ixtisas təhsil  müəssisələrinin tələbələrinin də iştirak etdiyi çəkilişlərin yekununda bütün video materiallar toplanaraq sənədli film hazırlanacaqdır. Film 2011-ci il 9 May - Qələbə günüdə geniş ictimaiyyətə təqdim ediləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal