Modern.az

Aydın Əliyev general-polkovnik rütbəsi aldı

Aydın Əliyev general-polkovnik rütbəsi aldı

Aktual

27 Yanvar 2017, 18:05

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Salayev Baba Hacı-Baba oğluna və Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi Hüseynov İsmayıl Xəlil oğluna gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU