Modern.az

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib - FOTOLAR

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib - FOTOLAR

30 Yanvar 2017, 17:32

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 30 seçici ilə görüşüb.

Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

 

Ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, gənclərlə bağlı layihə təklifləri və idmanla bağlı məsələlər üstünlük təşkil edib.

Müraciət edən insanların problem  və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

 

Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?