Modern.az

Qaz sızması partlayışa səbəb olub: 3 yaralı

Qaz sızması partlayışa səbəb olub: 3 yaralı

Aktual

30 Yanvar 2017, 20:14

Goranboyda fərdi yaşayış evində partlayış olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Quşçular kəndində baş verib. Qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 1989-cu il təvəllüdlü Vəfa Məmmədova və onun övladları - Filiz Məmmədova və Kənan Məmmədov yanıq xəsarətləri alıblar.

 

V. Məmmədova Gəncədəki xəstəxanaların birinə, övladları isə paytaxtdakı tibb müəssisəsinə göndərilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU