Modern.az

Donetskdə şiddətli atışma: “Qrad” raketləri yağdırılır

Donetskdə şiddətli atışma: “Qrad” raketləri yağdırılır

Dünya

31 Yanvar 2017, 12:04

Ukrayna ordusunun 72-ci Qvardiya əlahiddə mexanikləşdirilmiş briqadasının mətbuat xidməti bildirir ki, Hal-hazırda Donetsk separatçılarının qüvvələri Rusiya ordusu ilə birlikdə Avdeyevka qəsəbəsini intensiv atəşə tutur. Səhər saatlarında qəsəbəyə 4 “Qrad” qurğusundan 160 raket buraxılıb, ciddi dağıntılar var.

Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun 72-ci Qvardiya əlahiddə mexanikləşdirilmiş briqadasının mətbuat xidməti bildirib.

Ukrayna tərəfi bəyan edib ki, Rusiya atəşin dayandırılmasına dair müraciətlərə reaksiya vermir və hazırda da artilleriya-raket zərbələri davam edir.

Məlumata görə, separatçılar Avdeyevka rayonunda dəfələrlə həmlə ediblər, lakin Ukrayna hərbçiləri onları geri oturda biliblər. Hər iki tərəfdən itkilər var.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB