Modern.az

TÜRKPA-nın missiyası Qazaxıstanda prezident seçkilərini izləyəcək

TÜRKPA-nın missiyası Qazaxıstanda prezident seçkilərini izləyəcək

29 Mart 2011, 13:30

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 1-5 aprel 2011-ci il tarixləri arasında Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək məqsədilə ölkəyə səfər edəcək.

Müşahidəçilər missiyasının tərkibinə Azərbaycan, Qırğızıstan və Türkiyə Parlamentlərinin millət vəkilləri və TÜRKPA Baş katibi daxildir. TÜRKPA beynəlxalq müşahidəçilər missiyası öz işinə Astana şəhərində başlayacaq.

Müşahidəçilər missiyasının səfəri Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti əsasında həyata keçiriləcək. Səfər çərçivəsində TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının  Qazaxıstan Respublikasının dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev və Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov ilə görüşü nəzərdə tutulub.

4 aprel 2011-ci il tarixində keçiriləcək mətbuat konfransında TÜRKPA beynəlxalq müşahidəçilər missiyası seçkilərin nəticələrinə dair yekun rəyini rəsmən açıqlayacaq.

Qazaxıstandakı növbədənkənar prezident seçkilərini müşahidə etmək sayca TÜRKPA-nın 3-cü seçki  müşahidəsi olacaq.

Bundan öncə TÜRKPA  müşahidəçilər missiyası 10 oktyabr 2010-cu il  tarixində Qırğızıstanda və 7 noyabr 2010-cu il tarixində Azərbaycanda keçirilmiş parlament seçkilərini izləyib.

Qeyd edək ki, TÜRKPA nümayəndə heyətinin tərkibinə TÜRKPA baş katibinin müavini, Qazaxıstan Parlamentinin nümayəndəsi və Katibliyin təşkilati  məsələlər üzrə katibi də daxildir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal