Modern.az

Məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır

Məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır

31 Yanvar 2017, 21:13

Azərbaycanda məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

 

Onun sözlərinə görə, onlayn məlumat sisteminin yaradılması işləri BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində aparılır: “Həmin layihə çərçivəsində artıq ekspertlər seçilib. Bu il ərzində bu onlayn sistem yaradılacaq və fəaliyyətə başlayacaq”.

 

E.Səfərov qeyd edib ki, həftənin 7 günü ərzində 24 saat fəaliyyət göstərən “Qaynar xətt”in yaradılması da nəzərdə tutulur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU