"Starbucks" qəhvəxana şəbəkəsi ABŞ prezidenti Donald Trampın bəzi müsəlman ölkələrindən qaçqınların ABŞ-a girişini qadağan etməsinə etiraz olaraq, minlərlə qaçqını işə qəbul edəcəyini bəyan edib. Modern.az saytı xəbər ki, Trend-in məlumatına görə, bu barədə “Washington Post” məlumat yayıb.
"Starbucks" şəbəkəsinin icraçı müdiri Hovard Şultsun sözlərinə görə, dünyada 65 millyondan artıq insan BMT tərəfindən qaçqın kimi tanınır. O, vurğulayıb ki, "Starbucks" şəbəkəsinin biznesə sahib olduğu 75 ölkədə 10 minə yaxın qaçqın işə qəbul ediləcək.
Modern.az