“Özəlləşmə proqramı neft bumunun söndüyü bir zamanda dövlətin siyasətinə çevrilib. Bəllidir ki, manatın ucuzlaşması ölkə iqtisadiyyatına mənfi izlər qoyur”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, özəlləşdirmə çeklərini evlərində saxlayan adamlara hansısa ekvivalentdə yer verilməlidir ki, onlar satışa çıxarılan müəssisələrin alınmasında iştirak edə bilsinlər.
Zahid Oruc Azərbaycanın lobbiçilik fəaliyyətinin gücləndirilməsini də təklif edib. O bildirib ki, xaricdə bəzi dairələr Azərbaycana qarşı fəaliyyət göstərir.
“Mütəşəkkil lobbi qurumları başqa-başqa media vasitəsi ilə Azərbaycana qarşı fəaliyyət göstərir. Biz lobbiçilik fəaliyyətini gücləndirməliyik. Bunun üçün büdcədən vəsait ayrılmalıdır”-deyə o qeyd edib.
Aqşin Kərimov