Modern.az

“Səudiyyə Ərəbistanı Ermənistanla münasibətlər qurmaq istəmir”

“Səudiyyə Ərəbistanı Ermənistanla münasibətlər qurmaq istəmir”

1 Fevral 2017, 12:43

Ermənistan xarici işlər naziri 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmağa hazır olduqlarını lakin Ər-Riyadın bu addıma getmədiyini deyib. Modern.az xəbər verir ki, erməni nazir bunu Azərbaycanla həmrəylik mənasında atıldığını deyib.

 

“Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərimiz yoxdur amma bu münasibətləri qurmağa hazırıq. Onlar nə vaxt bu addımı atacaqlarsa, biz də problemi həll edəcəyik”.

 

Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmaq istəməyən yeganə 2 ölkədir.

 

Vüqar İSMAYILOV

 

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU