Modern.az

Azərbaycanda deputat Trampı tənqid etdi

Azərbaycanda deputat Trampı tənqid etdi

1 Fevral 2017, 12:48

“Azərbaycan müxtəlif zamanlarda ABŞ-ın müxtəlif rəsmi qurumları tərəfindən bəzən əsaslı, bəzən də əsassız tənqidlərə məruz qalıb. Bu günlərdə də ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının Amerikaya girməsinə qadağa qoyub”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Donald Tramp addımları ilə islamofobiyanın baş qaldırmasına şərait yaradır.

“Tramp guya istəyir ki, bununla terrorun qarşısını alsın. Halbuki, bu addım ekstremizmi daha da gücləndirəcək. Bu addımdan sonra Kanadada məscidə hücum edildi. Dünyaya demokratiya dərsi keçən Amerika yürütdüyü siyasətə diqqət etməlidir”-deyə o bildirib.

 

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?