Modern.az

Siyavuş Novruzov partiyaları hədəfə aldı

Siyavuş Novruzov partiyaları hədəfə aldı

1 Fevral 2017, 13:02

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən partiyalar haqqında tədbir görməyə çağırıb.

 

Modern.az saytının xəbərinə görə, deputat hesabatları yalnız ağ kağız olan partiyaları hədəfə alıb.

O deyib ki, bəzi siyasi partiyalar maliyyə əməliyyatlarını gizlədirlər:

“Lakin baxsaq görərik ki, həmin partiya sədrləri cangüdənlə gəzirlər. Bəs o cangüdənlər hansı pulla maliyyələşdirilir? Hər halda onlar hava ilə dolanmır”.

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU