“Azərbaycanda “İslam həmrəyliyi” ilinin elan olunması ilə ölkəmiz islamla bağlı öz mövqeyini ortaya qoydu. Əslində bu, 2016-cı ilin davamıdır və vacib olan şərtlərdəndir”.
Modern.az-ın görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.
“Azərbaycan Prezidenti tərəfindən qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtması üçün Cocuq Mərcanlı kəndinə vəsaitin ayrılması da çox mühüm addımdır. İkincisi isə hərbiçilərlə keçirilən görüşdə Azəraycan torplaqlarında ikinci Erməni dövlətinin yaradılmaması barədə bəyanat verildi. Üçüncüsu isə dövlət proqramının icrası ilə bağlı keçirilən müşavirədə bütün sahələrin inkişafı, eləcə də gələcək perspektivləri ilə bağlı söylədiyi fikirlərdir. Bu fikirlər Prezidentimizin xalqımızın maraqlarını müdafiə etdiyini, onların sosial rifahın yaxşılaşdırılması və yaxşı yaşamasına önəm erdiyinin sübutudur”.
Deputat mobil rabitə ilə bağlı təklif də irəli sürüb.
“Bunula bağlı çox ciddi problemlər var. Hər axşam telefonuma xarici ölkələrdən zənglər gəlir. Bu bir yoxlanış, imtahandır. Bunun qarşısının alınması üçün informasiya təhlükəsizliyi ilə bağlı addımlar atılmalıdır”.
Aqşin Kərimov