Modern.az

Xəzər sahilində meyit tapılıb - İtkin neftçilərdən birinin cəsədi ola bilər

Xəzər sahilində meyit tapılıb - İtkin neftçilərdən birinin cəsədi ola bilər

1 Fevral 2017, 16:05

Xəzər dənizində itkin düşmüş neftçilərin axtarışı zamanı sahildə meyit tapılıb.

 

Axtarış-Xilasetmə qərargahından Modern.az-a verilən məlumata görə, meyit Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə olub.

 

Tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft yığım məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

 

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU