“Bu yaxınlarda bir tanışım Türkiyəyə, İstanbula getmişdi. Lakin o qayıdanda bilet tapa bilməyib. Ona başqa bilet satmaq istəyiblər, qiyməti isə 320 dollar”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
O deyib ki, məsələ ilə əlaqədar AZAL rəhbərliyi tədbir görməlidir:
“Sonradan o adam təyyarəyə minəndə görüb ki, nə qədər boş yer var. Bəs niyə bilet tapılmayıb? AZAL Türk Hava Yolları ilə əlaqə saxlamalı idi ki, görsünlər boş yer var, yoxsa yox”.
Aqşin Kərimov