Modern.az

Azərbaycan digər dövlətlərin təyyarələrini yoxlaya biləcək

Azərbaycan digər dövlətlərin təyyarələrini yoxlaya biləcək

Aktual

1 Fevral 2017, 16:42

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilib.

Modern.az saytının məlumatına görə, hazırkı qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Dəyişiklik layihəsinə əsasən isə müvafiq orqanlara məlumat verildikdən sonra həmin qurumlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalıdır. Və digər tədbirlər görülməlidir.

Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

****

Milli Məclisin iclasında “Aviasiya haqqında" qanuna da əyiklik layihəsi müzakirə edilib. 

 

Dəyişikliyə əsasən, uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının qəbulu və tətbiqi də dövlətin aviasiya sahəsində vəzifələrinə əlavə edilib.

 

Həmçinin aviasiya sahəsində fəaliyyətə dair ümumi tələblərə yeniləri əlavə olunub.

Belə ki, qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə, həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulan digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir.

 

Müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna da malikdir. Bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Bu yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətlərini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdır.

 

Layihənin 42.1.1-ci maddəsinə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı uçuşların təhlükəsizliyi üzrə dövlət proqramını qəbul edir.

 

Layihə səsə qoyularaq qəbul edilib.

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU