Modern.az

“Gənclik Azərbaycanın ən ağır yükünü çiyinlərində daşımağa qadirdir”

“Gənclik Azərbaycanın ən ağır yükünü çiyinlərində daşımağa qadirdir”

Aktual

1 Fevral 2017, 17:00

“Bu gün Azərbaycanda ən çox faiz göstəricisini əhatə edən insanlar, məhz hələ də gənclik zamanı yaşayan şəxslərdir”. Modern.az xəbər verir ki, bu sözləri İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

 

Onun sözlərinə görə, gənclik ictimai-sosial həyatımızın bütöv bir hissəsinə çevrilib.

 

“Azərbaycanda gənclər hərəkatının yaranması, gənclər təşkilatlarının formalaşması, gənclərlə bağlı müxtəlif dövlət qurumlarının yaradılması, beləliklə gəncliyin bugün üçün hesablanmış konseptində Ulu Öndər Heydər Əliyevin gənclər üçün planlanmış, bugünləri düşünən ideyaları dayanır. Məhz bu səbəbdəndir ki, bugün gənclər Azərbaycanın avanqard kütləsinə, məhz bu səbəbdəndir ki gənclər bugün aparıcı rola malikdir. Gənclərin təmsil olunmadığı sahəni axtarıb tapmaq uzun bir zaman kəsiyi tələb edir. Gənclər bugün işə götürmə normativlərində, gənclər bugün dövlətin aparıcı strukturlarında, artıq müstəqillik illlərindən bu tərəfə olan bütün məsələlərdə investisiya kapitalının ən böyük yatırımı olduğu üçün beynəlxaq platformalarda, müxtəlif dövlətlərin aparıcı struktularında məhz gənclərin səsi hallanır”.

 

Ölkə başçısı İlham Əliyev tərəfindən aparılan siyasətdən danışan “İrəli” sədri bunun məhz neft kapitalının insan kapitalına qoyulduğunun, ələxsus gənclərə olan yatırımın bariz nümunəsi olduğunu bildirib.

 

“Prezident İlham Əliyev tərəfindən qəbul olunan bütün dövlət proqramları, tərəfindən imzalanmış bütün sərəncamlar, il ərzində ən azı bir neçə dəfə gənclərlə görüşlərin keçirilməsi, gənclər üçün milli donor institutlarının yaradılması, elm, təhsil, mədəniyyət, ictimai məsələlərdə gənclərə və onların inkişafına verilən dəyər heç bir zaman diqqətdən kənarda qalmayıbdır. Ən çətin dövrlərimizdə belə sosial məsələlərin həlli hər zaman diqqət mərkəzində olub.

 

Gənclər haqqında aylarla, illərlə danışılması mümkün olan dinamikadır. Gənclərin fəallığı bugün dövlətin onlara olan qayğısının ən barizidir. Bəs gənclərin problemi yoxdurmu ?! Əlbəttə ki, var. Bu problemlər tək bizdəmi var ?! Deyil. Dünyada baş verən bütün proseslər fonunda artıq gənclərin böyük təsir qüvvəsinin olması hamımıza çox yaxşı bəllidir. Gənclər də zamanla onlara lazım olan, onları maraqlandıran və həllinə çalışdıqları məsələləri qabartmağa çalışır. Bizim bugün qabarmasını istədiyimiz ən böyük problemimiz isə Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmasıdır. Gənclərin bugün yaxşı təhsil alması, yaxşı əsgər olması, məsuliyyətli və şərəfli peşələrin son məqsədində bu problem dayanmaqdadır. Gənclər hər məsələnin iştirakçısı olduğu kimi eynisi ilə müharibə şəraitində yaşayan bir ölkənin ərazi vahidlərini də qorumağı bacarır. Bugün ki gənclərin, gənclik yaşlarına yeni qədəm qoyanlar üçün aprel hadisələri bariz nümunə oldu. Məhz bu səbəbdən bugün yetişən nəsil, gənclərimiz Azərbaycan həqiqətlərini hər zaman qorumağı, ona doğru düzgün, dövrün tələblərinə uyğun sahiblənməlidir”.

 

“Azərbaycan gənclər hərəkatının yaranmasının 20-ci illərdə, inkişaf dövrünə nəzər salmaq lazımdır ki, hansı vəziyyətdən hansı yerlərə gəldiyimizin tam şahidi ola bilək. Zamanla ictimai-siyasi vəziyyəti heç də yaxşı olmayan dövlətimizin bugün yeni yetişən nəsli bir çox çətinliklərdən azad ola bilib. Belə ki, gənclər üçün vacib olan çox da ağır olmayan Azərbaycanın istənilən yükünü öz çiyinlərində daşımağı bacarmaqdır. Bugün ki gənclik niyyətli olaraq dövlətimizin siyasətinin yanındadır. Qələbə tariximiz heç də uzaqda deyil. Bügun “Böyük Qayıdış” planına start veririk ki, sabah gənclərin ən ali uğurlarına Şuşada, Xankəndində sevinə bilək”. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU