Modern.az

İslam Oyunlarının bilet QİYMƏTLƏRİ

İslam Oyunlarının bilet QİYMƏTLƏRİ

Aktual

1 Fevral 2017, 18:11

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə “Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov deyib.

O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq: "Satışa Novruz bayramından etibarən başlanılacaq".

 

E.Səfərov əlavə edib ki, biletlərin qiymətləri 2 manatdan başlayacaq: "Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20, bağlanış mərasimi üçün isə 10 manatdan başlayacaq".

O bildirib ki, İslam Həmrəyliyi Oyunlarının başlamasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU