Modern.az

Kişi arvadının qulaqlarını kəsib

Kişi arvadının qulaqlarını kəsib

Aktual

1 Fevral 2017, 20:13

Əfqanıstanın şimalındakı Balx əyalətində 23 yaşlı qadın ərinin onun hər iki qulağını kəsdiyini söyləyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, zərərçəkən hazırda xəstəxanadadır, vəziyyəti sabitdir.

“Mənim heç bir günahım yoxdur. Bilmirəm, niyə ərim mənə qarşı belə davranıb”, - Zarina deyib.

Onun sözləriə görə, hücum əri onu yuxudan oyadandan sonra gözlənilmədən olub.

Qadın onu da söyləyib ki, 13 yaşında ərə gedib və əri ilə heç vaxt münasibətləri yaxşı olmayıb.

Zarina ərinin onun valideynləri ilə görüşməsinin əleyhinə olmasından da gileylənib.

“O, çox vasvası adamdır. O, tez-tez məni valideynlərimin yanına gedəndə başqa kişilərlə danışmaqda günahlandırırdı”, - Zarina bildirib.

Polisdən verilən məlumata görə, qadının əri hücumdan sonra evdən qaçıb və hazırda axtarışa verilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU