Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə fevralın 1-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşündə bildirilib.
Qeyd olunub ki, hərbi təlimlərin keçiriləcəyi tarixlə bağlı müzakirələr aparılır.
Modern.az