Modern.az

Meksikada 6 nəfər güllələnib

Meksikada 6 nəfər güllələnib

Dünya

1 Fevral 2017, 23:13

Meksikada 6 nəfər güllələnib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Qerrero ştatında, Moçitlan və Laqunilyas şəhərləri arasında yolda qeydə alınıb. Meyitlərin üzərində güllə yaraları aşkar edilib. Faktla bağlı polis araşdırma aparır.

 Eyd edək ki, Qerrero ştatı Meksikada ən təhlükəli bölgələrdən biri kimi tanınır. Burada narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında vaxtaşırı silahlı münaqişələr baş verir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB