Modern.az

ABŞ-ın yeni müdafiə naziri Cənubi Koreya və Yaponiya səfərinə çıxıb

ABŞ-ın yeni müdafiə naziri Cənubi Koreya və Yaponiya səfərinə çıxıb

Aktual

2 Fevral 2017, 09:21

ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettis bu gün Cənubi Koreyaya səfər edib. Səfər zamanı nazirin Prezident Donald Tramp administrasiyasının bu ölkələrlə ikitərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirəcəyi gözlənilir.

Cənubi Koreyaya səfərini başa vurduqdan sonra C.Mettisin fevralın 3-də Yaponiyaya gələcəyi bildirilir. ABŞ müdafiə nazirinin Tokioda Baş nazir Şinzo Abe və yapon həmkarı Tomomi İnada ilə görüşləri planlaşdırılır.

C.Mettis D.Tramp administrasiyasının Yaponiyaya səfər edən ilk nümayəndəsi olacaq. Ekspertlərin fikrincə, səfər zamanı ABŞ-ın müdafiə naziri D.Trampın seçkiqabağı kampaniya zamanı bu ölkələrlə müttəfiqlik razılaşmasının şərtlərinə yenidən baxılacağı barədə bəyanatı ilə əlaqədar yaranmış narahatlığı aradan qaldırmağa çalışacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU