Modern.az

Bakının buzlu yollarında 42 nəfər yıxılıb, əzildi

Bakının buzlu yollarında 42 nəfər yıxılıb, əzildi

Aktual

2 Fevral 2017, 09:41

“Son iki gündə Bakıya yağan güclü qar və yolların buz bağlaması səbəbilə yıxılaraq əzilən və travmalar alan 42 nəfər təcili tibbi yardıma müraciət edib".

Bu haqda Modern.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

R.Nağyev bildirib ki, müraciət edən şəxslərdən 36 nəfəri xəstəxanalara yerləşdirilib:

“Onların içərisində bütün yaş kateqoriyalarından olan insanlar var. Əksəriyyəti 17-18 yaşlı gənclər və daha yuxarı yaşda olanlardır”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU