Modern.az

Mətbuat Şurası jurnalistlərlə bağlı monitorinq aparacaq

Mətbuat Şurası jurnalistlərlə bağlı monitorinq aparacaq

29 Mart 2011, 16:44

Kütləvi aksiyalarda jurnalistlərin sərbəst informasiya almaları məsələsi dünən Daxili İşlər Nazirliyində baş tutan görüşdə müzakirə edilib. Görüşdə həmçinin bunun monitorinqini aparmaq məqsədilə vaxtilə Mətbuat Şurasının nəznində yaradılmış, jurnalistlərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrupun fəaliyyətinin bərpası barədə də razılığa gəlinib.

Qeyd edək ki, Şura bu il martın 26-da «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevlə əlaqədar insidentin araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət ünvanlamışdı. Martın 28-də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, «Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev və Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı DİN-də nazir R.Usubovla görüşüblər.

Görüşdə jurnalistlərin kütləvi aksiyalar zamanı peşə vəzifəsini yerinə yetirərmələri üçün onlara zəruri şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, icazəli, yaxud icazəsizliyindən asılı olmayaraq KİV təmsilçilərinin bütün aksiyalara üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə qatılmaları məqsədəuyğundur. Fərqləndirici geyimdə olan jurnalistlərin hər hansı insidentlə, yaxud maneələrlə üzləşdiyi təqdirdə monitorinq qrupu bu halla bağlı operativ araşdırmaların aparılmasını və zəruri ölçü götürülməsini təmin edəcək.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal