Modern.az

İran səfirliyindən Eynulla Fətullayeva ETİRAZ

İran səfirliyindən Eynulla Fətullayeva ETİRAZ

Aktual

2 Fevral 2017, 13:08

“Azərbaycan Respublikası arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq. Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan arasında dostluq münasibətlərini korlamağa çalışırlar”.

 

Modern.az saytının məlumatına görə, bu haqda İranln Azərbaycandakı səfirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, bu dəfə İranın Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib.

“Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib.

İran səfirliyinin mətbuat xidməti həyata keçmiş görüşün İran və Azərbaycan arasında dostluq münasibətlərinə zidd olmadığını, səfirliyə qarşı yazılmış ittiham və aldadıcı yalanların hüquqi araşdırılması üçün qanuni haqqa malik olduğunu bildirir.

Sonda bir daha qeyd edirik ki, İran və Azərbaycan arasında münasibət və əməkdaşlıq iki dost və qardaş ölkə olaraq hər iki ölkənin rəhbərlərinin iradəsi ilə daha da möhkəmlənir və bütün sahələrdə uğurla davam edir. Bu baxımdan, üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməzlər.

İran İslam Respublikası səfirliyinin mətbuat xidməti bir daha kütləvi informasiya vasitələrinin iki ölkə arasında mövcud olan münasibətləri qorumaq üçün diqqətli olması və bu sahədə öz fəaliyyətlərinin artırmasına təkid edir. Həmçinin onların bu sahədə müsbət rol oynaması və iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün əməkdaşlığa dəvət edir. Şübhəsiz, bu da iki dövlət və millətin xeyrinə olacaq”-deyə bəyanatda bildirilib. 

 

Qeyd edək ki, tanınmış jurnalist Eynulla Fətullayev “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yazıb
 
O belə bir iddia irəli sürüb ki, REAL hərəkatının nümayəndələri - Natiq Cəfərli, Azər Qasımlı və Erkin Qədirlinin- İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşü nəticəsində bu təşkilatın rəsmi Tehranın siyasətinə qulluq edəcəyi ilə bağlı anlaşma əldə olunub.

 

Aqşin KƏRİMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU