ATƏT-in Minsk qrupu yazda Azəırbaycana və Ermənistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə fransalı həmsədr Stefan Viskonti Ermənistan KİV-nə müsahibəsi zamanı deyib.
“Səfərin dəqiq tarixi yoxdur, amma düşünürəm ki, yazda tərəflərlə konsultasiya aparmaq üçün regiona səfər edəcəyik”.
Viskonti hazırki şəraitdə Bakı ilə Yerevan arasında dialoqu bərpa etməyi və yeni hərbi toqquşmaların qarşısının alınmasını ən vacib məqsəd adlandırıb.
Vüqar İSMAYILOV