Modern.az

“Hərbçilərin savadlı olması verilən təhsildən asılıdır”

“Hərbçilərin savadlı olması verilən təhsildən asılıdır”

Aktual

2 Fevral 2017, 15:48

Ali məktəblərə qəbul ballarının hərbi məktəblərə nisbətən çox olmasına görə orta məktəb şagirdləri daha çox hərbçi olmağa meyl göstərir.  Amma bu yanlış bir məsələdir. Düzdür, ordumuzda yetərincə savadlı və bacarıqlı kadrlar var. Amma belə bir tendensiyanın yaranması heç də düzgün hal deyil. Çünki hərbçi olmaq üçün fiziki hazırlıqa yanaşı savadlı olmaq da şərtdir.

 

Məsələ ilə bağlı Mili Məclisin Təhsil və elm komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlama verib.

Asim Mollazadə hazırda bir sıra universitetlərdə də qəbul balının aşağı olmasını bildirib.

“Bu daha çox özünü özəl universitetlərdə göstərir. Özəl universitetlərdə təhsilin keyfiyyətli olmamağı çox böyük bir problemdir. Biz bu problemlərin üzərində daha çox işləməliyik. Çünki diplomlarda daha önəmli universitetlərinin, təhsil ocaqlarının verdiyi təhsil və peşələrdir”.

Deputat deyib ki, hərbiyə marağın daha çox olmağı qəbul ballarının aşağı olması ilə bağlı deyil.

 

“Həmin şəxslərə  orduda çox yaxşı savad verilməlidir.  Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün gənclərimiz orduya daha çox meyl edirlər. Bu işdə vətənpərvərlik ruhunun da yüksək olmağı özünü göstərir. Həmçinin hərbi təhsilinin yüksək olmasına görə, Azərbaycan yüksək səviyyəli hərbiçilər yetişdirir”.

Asim Mollazadənin fikrincə, orduya marağın olması hərbi məktəblərdə verilən təhsilin yüksək səviyyədə olmasından asılıdır.

 

“Həmçinin hərbi məktəblərdə nizam-intizam daha güclüdür. Nizam-intizamın olması onları təhsillə təmin edə bilər. Məncə onlar məktəbdə oxuduqları müddətdə təhsilə bir o qədər də maraq göstərə bilməyiblər. Lakin hərbi təhsil alarkən nizam-intizam və vətənpərvərlik hissi onları daha da yaxşı oxumağa yönəldəcək”.

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU