Modern.az

Nazir: “Könüllü tələbələrin güzəştə ehtiyacı yoxdur”

Nazir: “Könüllü tələbələrin güzəştə ehtiyacı yoxdur”

Aktual

2 Fevral 2017, 16:47

Bu il Azərbaycanda təşkil İslam Həmrəylik oyunları və Formula 1 Azərbaycan Qran Prisi yarışlarının tədris prosesinə təsiri təsiri ilə bağlı danışan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu məsələ barədə müzakirə olunmayıb.

 

 “Beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər. Hazırda bu istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələlərdə biz cəld hərəkət edirik və həmin təhsil müəssisələrinin rəhbərlikləri ilə Təhsil Nazirliyi daimi əlaqə yaradır." Modern.az xəbər verir ki,nazir beynəlxalq idman yarışlarında iştirak edəcək könüllü tələbələrə tədris və imtahanı zamanı hər hansı güzəştlərin ediləcəyi ilə bağlı verilən suala cavab verərək bildirib ki, Könüllü təhsil təcrübəsi əslində təhsil təcrübəsinin bir növüdür.

 

 "Düşünmürəm ki, könüllü tələbələrin imtahanlarda hər hansı bir güzəştə ehtiyacı var. Keçmişdə biz könüllülərlə bağlı belə müraciətlərlə qarşılaşmamışıq. Bu məsələlər ali təhsil müəssisələri ilə birlikdə sivil qaydada həyata keçirilir."

 

 Qafar Ağayev

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU