Modern.az

Hitlerin şəxsi telefonu satılır

Hitlerin şəxsi telefonu satılır

Aktual

2 Fevral 2017, 18:01

Adolf Hitlerin şəxsi telefonu ABŞ-dakı Alexander Historical Auctions hərrac evində satışa çıxarılıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Siemens” telefonu hədiyyə idi.

 

1945-ci ildə sovet əsgərləri onu Hitlerin bunkerində taparaq britaniyalı zabitə veriblər.

 

Hərrac evi onu milyonlarla insanın həyatını əlindən alan bütün zamanların ən dağıdıcı “silahı” adlandırır.

 

 

Telefonun təxmini dəyəri 200-300 min dollardır. Hərrac fevralın 19-na qədər keçiriləcək.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU