Yəmən tərəfdən açılan artilleriya atəşi nəticəsində Səudiyyə Ərəbistanının Qara dənizdəki Zukar adasında təlim bazasında 80 zabit və əsgər öldürülüb.
Modern.az bildirir ki, bu haqda İranın “Fars” agentliyi məlumat yayıb.
Öldürülənlərin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ordusunun hərbçiləri olduğu bildirilir.
Yəmən ordusundakı mənbə isə Səudiyyə Ərəbistanı ordusunun hərbi texnikasının bir hissəsinin tamamilə sıradan çıxarıldığını, bir hissəsinin isə ciddi zədələndiyi haqda xəbər verib.
Modern.az