Modern.az

“Azercell” nömrə satışının dayandırılmasına aydınlıq gətirdi

“Azercell” nömrə satışının dayandırılmasına aydınlıq gətirdi

Aktual

2 Fevral 2017, 18:32

"Azercell Telekom" MMC nömrə satışının dayandırılması ilə əlaqədar açıqlama yayıb.

 

Şirkətin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, açıqlamada deyilir:

“Fevral ayının 1-dən etibarən respublikada fəaliyyət göstərən bütün mobil operatorlarda nömrələrin satışı və aktivləşdirilməsi yeni online sistem üzrə aparılır. Bu, Nazirlər Kabinetinin və Prezidentin müvafiq qərarları ilə öhdəlik kimi qoyulub. Azercell-in nömrə satışı dayandırılmamışdı və adi qaydada aparılırdı. Çünki bütün Azercell diler şəbəkəsində kifayət qədər aktiv nömrə ehtiyyatı mövcüd idi və satışları ehtiyyatlarımız hesabına həyata keçirirdik. Yalnız yanvarın 30-da yeni sistemə keçidlə əlaqədar təzə nömrələrin aktivləşdirilməməsi müvəqqəti olaraq dayandırılmışdı. Yanvarın 31-dən isə yeni sistemlə satış davam edir.

 

Yeni nömrə satışı sistemi və onun təkmilləşdirilməsi ilə əlaqədar suallarınızı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlaya bilərsiniz".

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU