Rumıniyanın biznes, ticarət və sahibkarlıq işləri üzrə naziri Florin Nikolae Jyanu hökumətin qəbul etdiyi vəzifə cinayətlərinin dekriminallaşdırılması və amnistiya haqqında dekretə etiraz olaraq istefa verib.
“Bu hərəkət mənim vicdanımdan irəli gəlir”, - Modern.az xarici mediaya istinadən xəbər verir ki, Jyanu fevralın 2-də özünün Facebook səhifəsində yazıb.
Siyasətçinin sözlərinə görə, bu addımı atmaqda məqsədi oğluna atasının satqın olduğunu və razılaşmadığı məsələdə iştirak etdiyini deməməsi üçündür.
Rumıniyada korrupsiyalamış məmurları cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutan sənədin qəbulundan sonra başlayan etirazlar səngimir.
Məlumata görə, həmin məmurların əməllərinə görə dəyən ziyan 44 min avronu keçir.
Ölkənin hər tərəfində on minlərlə sakin hökumətin korrupsiyaya qarşı mübarizədən imtinasına etirazını bildirir.
Fevralın 1-də təkcə Buxarestdə küçələrə 100 minə yaxın adam çıxıb. Bütün ölkə üzrə nümayişçilərin sayı isə 200 min nəfərə çatır.
Rumıniya paytaxtında dinc nümayiş polislə toqquşma ilə müşayiət olunub.
Modern.az