Modern.az

Yeni Konstitusiya layihəsi prezidentə təqdim edilib

Yeni Konstitusiya layihəsi prezidentə təqdim edilib

2 Fevral 2017, 22:58

Türkiyənin yeni Konstitusiyasının layihəsi imzalanması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində 488 deputatın iştirakı ilə keçirilən səsvermədə, 18 maddədən ibarət qanun layihəsinin lehinə 339 deputat səs verib. Deputatlardan 142 nəfəri isə dəyişikliklərin əlehinə çıxıb.

Qanun parlamenti vitse-spikeri Əhmət Aydın tərəfindən imzalanaraq prüzidentə göndərilib.

 

Qeyd edək ki, Türkiyə prezidenti 15 gün ərzində qanun təsdiq və ya rədd etməlidir. Qanun prezident tərəfindən təsdiq edildiyi halda, qanunun mətni rəsmi mətbuatda dərc olunacaq. Konstitusiyaya dəyişiklikləri ilə bağlı referendum, qanun mətninin rəsmi mətbuatda dərc olunduğundan 60 gün sonra, birinci bazar günü keçiriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU