Hacıqabul rayonunda 25 yaşlı qadın özünü yandıraraq intihar a cəhd edib. Hüquq mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, 1992-ci il təvəllüdlü Mehdiyeva Ayşən Tərlan qızı üzərinə yanacaq tökərək özünü yandırıb.
Bədəninin 60- faizə qədəri yanan qadın Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan saytımıza verilən məlumata görə, qadının vəziyyəti ağırdır: “Hazırda reanimasiya şəraitində müalicə alır, həyati təhlükəsi var”.
Gülşən RAUFQIZI