Modern.az

Şirvanda “komaya düşən” baş həkimə kim “soyuq müharibə” açıb? - TƏFƏRRÜAT

Şirvanda “komaya düşən” baş həkimə kim “soyuq müharibə” açıb? - TƏFƏRRÜAT

Aktual

3 Fevral 2017, 10:54

Şirvan Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovla adıçəkilən şəhərin icra başçısı Mərdan Camalov arasında soyuq münasibətlərin olması barədə bəzi məlumatlar yayılmaqdadır. Hətta, bu münasibətlər o səviyyəyə çatıb ki, iddialara görə, artıq icra başçısı baş həkimin yerinə namizəd də tapıb. Digər məlumata görə, baş həkimin  işindən uzaqlaşdırılması  məsələsinin gündəmə gətirilməsi onun komaya düşməsinə səbəb olub.


Modern.az
saytı yayılan məlumatların nə dərəcədə həqiqətə uyğun oduğunu araşdırmaq üçün  rayon rəhbərliyi ilə əlaqə saxlayıb.

Şirvan Mərkəzi Xəstəxanası baş həkiminin müavini Əfsər Novruzov deyib ki, baş həkim gələn həftədən işdə olacaq.  

“Fərhad Səfərov yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Amma o, komaya düşməyib. Sadəcə, Bakı Sağlamlıq Mərkəzində 10 günlük müalicə alır. Qeyd edim ki, baş həkim barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Gələn həftədən etibarən Fərhad Səfərov işinin başında olacaq”.

Şirvan şəhəri icra başçısının müavini Samid Abiyev də yayılan məlumatlara aydınlıq gətirib.

“Neçə gündür ki, bu məsələ ilə bağlı bizə zənglər olur. Halbuki, bəzi mətbuat səhifələrində yazılanlar doğru deyil. Yanlış məlumat yaymaqla  ictimaiyyət arasında  çaşqınlıq yaratdığına görə həmin jurnalist məhkəməyə verilib”.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU