İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları İraqın Mosul şəhərində 10 və 12 yaşlı iki oğlanın əllərini kəsib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmələr iki kişini onların ailə üzvlərinin gözü qarşısında edam etməyə imtina etdikləri üçün cəzalandırılıblar.
Uşaqlara ekstremistlərin düşərgəsində təlim keçildiyi bildirilir.
Burada ideoloji hazırlıq keçən yeniyetmələr İŞİD-ə sədaqətli olmayanların edamlarında iştirak edir, terror aktlarının icrasına cəlb olunurlar.
Modern.az