Modern.az

Südabə Həsənovaya fəxri ad verildi

Südabə Həsənovaya fəxri ad verildi

3 Fevral 2017, 16:49

Azərbaycan Prezidenti İlham Əliyev Südabə Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanın ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adı verilsin.


Qeyd edək ki, Südabə Həsənova Azərbaycan Respublikasının ədliyyə naziri ( yanvar, 1995 - aprel, 2000), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (aprel, 2000 - aprel, 2005) vəzifələrində işləyib.


Modern.az 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU