İran məhkəməsinin hökmü ilə hücum etdiyi şəxsin gözünə turşu ataraq kor olmasına səbəbkar olan qadın da eyni üsulla cəzalandırılacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, məhkəmənin çıxardığı hökm İranda 1999-cu il İslam inqilabından sonra qəbul olunan şəriət hüququ verən “talion” prinsipinə uyğundur.
Bu prinsipə əsasən, cinayətkar üçün cəza zərərçəkənə dəyən zərər formasında tətbiq olunmalıdır.
Məlumatda qeyd edilir ki, mühakimə olunan iki il əvvəl Mahşəhr şəhərində öz qurbanına hücum edib. Hücum edən və hücuma məruz qalan qadınların adları açıqlanmır.
Yüksək məhkəmə instansiyası qərara gəlib ki, qadının bir gözü kor edilməlidir. Bundan əlavə, o, kompensasiya ödəməli və 7 il də həbsxanada yatmalıdır.
Qeyd edilir ki, İran qanunlarına görə, fiziki cəza məhkumun qohumlarının təkidi ilə başqa tədbirlə əvəz oluna bilər.
Modern.az