Modern.az

Şəfiqə Məmmədovanın ad günüdür

Şəfiqə Məmmədovanın ad günüdür

Təhsil

30 Mart 2011, 09:58

Tanınmış aktrisa Şəfiqə Məmmədovanın ad günüdür. Ş.Məmmədova 30 mart 1945-ci ildə qədim Azərbaycan şəhəri Dərbənddə doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə respublika Dövlət mükafatına (1980) və Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki Müstəntiqin arvadı obrazı üçün SSRİ Dövlət mükafatına (1981) layiq görülüb

Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa “Hamlet”, “Canlı meyid”, “Xəyyam”, “Dəli yığıncağı” və digər tamaşalarda parlaq obrazlar yaradıb.

Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetində  (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.

Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.

1 iyun 1974-cü ildə respublikanın əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltiflənib.

1995-2000 –ci illərdə Milli Məclisin deputatı olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir