Rusiya Federasiyasının Suriyadakı səfirliyi atəşə tutulub. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfirlik fevralın 2-i və 3-də minaatanlardan atəşə tutulub. Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb. Rusiya Xarici İşlər Nazirliyi insidentdə məqsədin Suriyada atəşkəs rejiminin pozulması olduğunu iddia edir.
Modern.az